https://news.day.az/azerinews/740526.html Ağstafada tapılan donuz cəmdəkləri məhv ediləcək

Ağstafada tapılan donuz cəmdəkləri məhv ediləcək

Azərbaycanca, 21 января 2016 18:42 (UTC +04:00) 1 017
Ağstafada tapılan donuz cəmdəkləri məhv ediləcək

Day.Az представляет новость на азербайджанском языке

Ağstafa rayonunun Poylu kəndində 3 baş kəsilmiş donuz cəmdəyindən götürülmüş nümunələrin nəticələri məlum olub.

Milli.Az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis vəzifəsini müvəqqəti icra edən, rəis müavini Azər Süleymanov APA-ya açıqlamasında deyib ki, cəmdəklərdə bakterioloji çirklənmə aşkarlanıb.

O bildirib ki, biokimyəvi analizlərin nəticələrinə görə isə donuz cəmdəklərinin istifadə üçün yararsız olduğu da məlum olub.
 
A.Süleymanov qeyd edib ki, cəmdəklər medianın iştirakı ilə məhv ediləcək.
 
Qeyd edək ki, yanvarın 16-da DBNX-nin Ağstafa rayon Baytarlıq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu tərəfindən "Jiquli-07" markalı 25 BF883 dövlət nömrə nişanlı avtomobildə daşınarkən aşkar edilib. Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyi və sağlamlığı haqqında baytarlıq arayışının olmadığı, habelə donuz cəmdəklərinin ölkəmizə Gürcüstandan gətirildiyi məlum olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости