https://news.day.az/azerinews/761590.html FİFA türk futbolçuya futbol oynamağı qadağa etdi

FİFA türk futbolçuya futbol oynamağı qadağa etdi

Azərbaycanca, 18 марта 2016 20:51 (UTC +04:00) 647
FİFA türk futbolçuya futbol oynamağı qadağa etdi

Day.Az представляет новость на азербайджанском языке

FİFA "Bayer" (Leverkuzen) klubunun futbolçusu Hakan Çalhanoğlunu cəzalandırıb.

Day.Az qol.az-a istinadən bildirir ki, buna 22 yaşlı futbolçunun "Tabzonspor"a transferi zamanı yol verilən qayda pozuntusu səbəb olub.

17 yaşında olarkən Almaniyanın "Karlsrue" klubunda çıxış edən türkiyəli futbolçu 2011-ci ildə "Trabzonspor"la müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə Çalhanoğlu 2012/2013 mövsümündən Trabzon təmsilçisində çıxış etməli idi. Lakin müqavilənin şərtlərinə əməl etməyən H.Çalhanoğlu "Hamburq"a transfer olunub. 

Bundan sonra hərəkətə keçən "Trabzonspor" klubu FİFA-ya şikayət edib. Məsələ ilə bağlı araşdırma aparan FİFA Hakan Çalhanoğlunu 4 ay müddətinə futboldan kənarlaşdırıb.

Lakin Türkiyə millisinin üzvü cəzadan dərhal sonra İdman Araşdırmalar Məhkəməsinə (CAS) müraciət edib ki, adı çəkilən qurum da məsələ ilə bağlı araşdırmanı müvəqqəti olaraq dayandırmaq qərarı verib. Bu isə o deməkdir ki, CAS-ın qərarı açıqlanana qədər Çalhanoğlu futbol oynamağa davam edəcək. Araşdırmaların bir neçə ay davam edəcəyi gözlənilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости