Qafqaz Universitetinin adı və loqosu dəyişilir?

Day.Az представляет новость на азербайджанском языке

---------
17:36

Qafqaz Universitetinin adının dəyişdirilməsi ilə bağlı yayılan məlumatlar yalandır.

Bu barədə AzVision.az-a Universitetdən bildirilib.

Qeyd edilib ki, Qafqaz Universitetinin adı dəyişdirilməyib və bu məsələ hazırda gündəmdə deyil.

"Saytlarda çıxan məlumat yalandır. Universitetin adının "Socar University" olacağı haqqında informasiyalar həqiqətə uyğun deyil. Yəqin ki, bununla bağlı rəsmi açıqlama veriləcək", - deyə qeyd edilib.

---------
12:43

Uzun zamandır Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti bir müddət əvvəl Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.

Milli.Az-a daxil olan məlumata görə, neft məktəbinin idarəçiliyinə verilən universitetin adı, habelə loqosu dəyişdirilib. 

Mənbə iddia edir ki, Qafqaz Universiteti yeni təhsil ilindən artıq "SOCAR University" adı altında fəaliyyət göstərəcək. 

Qeyd edək ki, iyulun 20-də təsisçinin SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də fəaliyyət göstərir.

Məsələ ilə bağlı daha ətraflı məlumat veriləcək. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.