Şəmkirdə 26 yaşlı qadını döyərək qabırğasını sındırdılar
Day.Az представляет новость на азербайджанском языке
Şəmkirdə döyülmə faktı qeydə alınıb.
Day.Az APA-ya istinadən xəbər verir ki, rayonun Ağ ev qəsəbəsində kirayədə yaşayan 1990-cı il təvəllüdlü Azima Əliyeva qabırğaların sınığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının dediyinə görə, o, işlədiyi yeməkxananın müdiri tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.
XXX
Şəmkirdə 26 yaşlı qadın döyüldü.
Day.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Şəmkirdə döyülmə hadisəsi baş verib.
Rayonun Ağ ev qəsəbəsinin sakini 26 yaşlı Azema Əliyeva naməlum şəraitdə döyülüb. Zərərçəkən qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona 9 və 10-cu qabırğalarının sınığı diaqnozu qoyulub. Yaralıya tibbi yardım göstrilib, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре