"Metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib" - Səhiyyə Nazirliyi

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün axşam saatlarında işıqların sönməsi ilə bağlı metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə report-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfaya Əhmədova deyib.

Onun sözlərinə görə, onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib.

Nazirlik rəsmisi qeyd edib ki, ötən gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdı 2 133 müraciət daxil olub: "Müraciətlərin 62-si günvurma ilə bağlı olub. Həmin şəxslərdən 46-sı hospitalizasiya olunub. Müraciətlər arasında həyatı təhlükədə olan yoxdur. Çağırışlar arasında heç bir ölüm faktı qeydə alınmayıb".  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.