35 min dollar maaşla işçi axtarılır

İngiltərədəki maraqlı iş elanı bütün dünyanın marağına səbəb olub.

Day.Az ölkə.az-a istinadən bildirir ki, Kornuelldəki Sent-Maykls-Maunt adasına baş bağban axtarılır. Ada nağıllar aləminə bənzəyir. Burada qəsr, qədim liman var. Bundan başqa, təbii ki, unikal bitki kolleksiyası ilə zəngin olan ekzotik bağ da var.

Elanda bildirilir ki, bağbana bir neçə yataq otağı olan ev veriləcək. Onun illik maaşı isə 28 min funt sterlinqdir. Eyni zamanda öz işi ilə məşğul olan komandanın üzvünə çevriləcək. Hazırda adada 30 insan yaşayır. Amma hər il 350 min turist gəlir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.