https://news.day.az/azerinews/1155549.html Türk Hava Yolları pulsuz bilet paylayır – Aldanmayın!

Türk Hava Yolları pulsuz bilet paylayır – Aldanmayın!

Azərbaycanca, 12 сентября 2019 16:50 (UTC +04:00) 1 516
Türk Hava Yolları pulsuz bilet paylayır – Aldanmayın!

Sosial şəbəkələrdə Türkiyə Hava Yollarının pulsuz bilet paylaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Day.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Hava Yollarının mətbuat katibi Yəhya Üstün Tvitter səhifəsində məlumat paylaşıb.

"Sosial media platformalarında "100-cü ildönümümüzü qeyd edir və hər kəsə 2 pulsuz bilet veririk" başlığı ilə THY tərəfindən təşkil olunmuş kimi görünən və qurum adından hədiyyə bilet təklif edən saxta anket məlumatlarının yayıldığı təsbit edilib", - qurum sözçüsü bildirib.

Qeyd edək ki, THY-nın pulsuz bilet verməsi ilə bağlı link Türkiyədə olduğu kimi, Azərbaycanda da Votsap və digər sosial şəbəkələr vasitəsilə paylaşılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости