Dairəvi yolda xəsarət alan qadının kimliyi bilindi

Bakı dairəvi yolunda baş verən qəzada xəsarət alan 23 yaşlı şəxsin kimliyi məlum olub.

Day.Az Trend-ə istinadla xəbər verir ki, o, 1996-cı il təvəllüdlü Əzimova Elnarə Telman qızıdır. Hadisə yerində xəsarət alan qız təcili yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, E.Əzimova qapalı kəllə beyin travması, beynin silkələnməsi və sol bud çanaq nahiyəsinin əzilməsi xəsarətləri alıb. Gənc qız həkimlərin ilkin tibbi yardımından sonra ambulator müalicəyə yola salınıb.

Xatırladaq ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirib və nəticədə yolun kənarındakı dəmir hasara çırpılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.