https://news.day.az/azerinews/1167410.html Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar

Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar

Azərbaycanca, 20 октября 2019 09:24 (UTC +04:00) 7 131
Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar

Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizin qadın cüdoçuları da iştirak edib.

Azərbaycan Cüdo Federasiyasından Milli.Az-a verilən məlumata görə, 40 kq çəki dərəcəsində yarışan Aydan Vəliyeva və 52 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək nüfuzlu turnirdə çempion olublar. Şahməmmədova Nigar (44 kq), Məmmədova Zeynəb (52 kq),
Qardaşxanlı Aytac (57 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüblər.

+70 kq çəkidə çıxış edən Nərmin Əmirli isə beynəlxalq turnirin bürünc medalını qazanıb. Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости