https://news.day.az/azerinews/1394482.html Azərbaycan əhalisi benzin və dizelə 2 milyard manata yaxın pul xərcləyib 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisi avtomobil benzini və dizel yanacağına 1 milyard 821 milyon manat pul xərcləyib.

Azərbaycan əhalisi benzin və dizelə 2 milyard manata yaxın pul xərcləyib

Azərbaycanca, 21 октября 2021 21:08 (UTC +04:00) 528
Azərbaycan əhalisi benzin və dizelə 2 milyard manata yaxın pul xərcləyib

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisi avtomobil benzini və dizel yanacağına 1 milyard 821 milyon manat pul xərcləyib.

Day.Az bildirir ki, Trend-in məlumatına görə, ümumilikdə, 2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 350,1 milyon manatlıq, o cümlədən 16 milyard 406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 943,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,3 faiz artıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости