Prezident İlham Əliyevin regionlara hər səfəri zamanı açılan müxtəlif təyinatlı obyektlər əhalinin rifah halını yaxşılaşdırır - Sahil Kərimli - VİDEO

Prezident İlham Əliyevin regionlara hər səfəri zamanı açılan müxtəlif təyinatlı obyektlər əhalinin rifah halının yaxşılaşdırılmasına, regionların inkişafına, işsizliyin aradan qaldırılmasına xidmət edir.
Day.Az xəbər verir ki, bunu XƏZƏR TV-ə açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktor müavini Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, bu ilin son aylarının göstəricilərinə baxanda Azərbaycanda qeyri neft sektoruna aid olan məhsulların ixracının artımı da buna bir nümünədir.
"Eyni zamanda bölgələrdə yaşayan insanların da həyat şəraitinə müsbət təsir edir, çünkü onlar iş yerləri ilə təmin olurlar. Bütün bu görülən tədbirlər bölgələrimizin və Azərbaycanın inkişafına həsablınmış olan tədbirlərdir", - deyə Kərimli vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре