https://news.day.az/azerinews/1861809.html Təcili yardıma yol vermək istəyərkən qırmızı işığı keçmək olarmı? - Ekspert AÇIQLADI Təcili yardım avtomobilinə yol verilməsi sürücülərin üzərinə düşən əsas məsuliyyətlərdən biridir. Lakin bu zaman qayda pozuntusuna yol verilməsi məsələsi də sürücülər arasında suallar yaradır. Xüsusilə qırmızı işıqda hərəkəti davam etdirərək təcili yardıma yol verməyin nə dərəcədə əsaslı olduğu müzakirə mövzusudur.

Təcili yardıma yol vermək istəyərkən qırmızı işığı keçmək olarmı? - Ekspert AÇIQLADI

Azərbaycanca, 22 сентября 2026 16:24 (UTC +04:00) 213
Təcili yardıma yol vermək istəyərkən qırmızı işığı keçmək olarmı?

Təcili yardım avtomobilinə yol verilməsi sürücülərin üzərinə düşən əsas məsuliyyətlərdən biridir. Lakin bu zaman qayda pozuntusuna yol verilməsi məsələsi də sürücülər arasında suallar yaradır. Xüsusilə qırmızı işıqda hərəkəti davam etdirərək təcili yardıma yol verməyin nə dərəcədə əsaslı olduğu müzakirə mövzusudur. 

Day.Az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu deyib ki, təcili yardıma yol vermək, vacibdir. Amma bunun üçün mütləq qırmızı işıqdan keçmək əsaslandırıla bilməz.

O, bildirib ki, təcili yardıma və ümumiyyətlə, operativ nəqliyyat vasitələrinə yol vermək, qaydalara uyğun olaraq, olduğun yerdə avtomobili sağa və ya sola çəkilməklə də mümkündür.

"Təəssüf ki, bəzən operativ nəqliyyat vasitəsinə düzgün şəkildə yol vermək əvəzinə onun qabağına düşülür, yaxud arxasınca hərəkət edilir. Halbuki əsas məqsəd həmin nəqliyyat vasitəsinin maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etməkdir.

Ola bilər ki, başqa heç bir alternativ olmadığı anda təcili yardıma yol vermək üçün qırmızı işıqdan keçmək məcburiyyətində qalınsın. Bu halda lazımi orqanlara müraciət etmək və məsələnin konkret vəziyyətinin nəzərə alınaraq dəyərləndirilməsini tələb etmək mümkündür. Əgər həqiqətən başqa təhlükəsiz alternativ mövcud olmayıbsa, o zaman vəziyyətə fərqli yanaşmaq mümkündür. Əsas məsələ hər bir halda həm təcili yardıma yol vermək, həm də bunu mümkün qədər təhlükəsiz və qaydalara uyğun şəkildə etməkdir", - o deyib.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости