Bosniya və Herseqovina rəhbəri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyini qəbul edib

Bosniya və Herseqovina Prezidentliyinin Rəyasət Heyətinin sədri cənab Şəfik Dzaferoviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyini qəbul edib.

Görüş zamanı Prezident Dzaferoviç Mərkəzin gördüyü işləri yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidentinin himayəsi ilə keçirilən Qlobal Bakı Forumlarının beynəlxalq əhəmiyyətini dəfələrlə vurğulayaraq, dünyanın hal-hazırda yaşadığı qlobal münaqişələr və krizis dönəmində bu cür nüfuzlu şəxslərin bir araya toplanaraq müzakirələr aparılmasının önəm daşıdığını bildirib.

Görüş zamanı 20-22 sentyabr 2022-ci il tarixlərində BMT Baş Assambleyası çərçivəsində Mərkəzin təşkil edəcəyi 24-cü Ali-səviyyəli toplantısının mövzuları müzakirə olunub. Toplantıda Prezident Dzaferoviç, BMT müxtəlif qurumlarının rəhbərləri və Mərkəzin üzvləri iştirak edəcəklər.

Prezident Dzaferoviç Qarabağda baş verən son hadisələrlə bağlı narahatlıqını bildirərək bu gərginliyin tezliklə öz həllini tapmasını diləyib.