https://news.day.az/azerinews/1497552.html Ombudsman Ermənistanın Kəlbəcərdə növbəti təxribat cəhdi ilə bağlı çağırış edib

Ombudsman Ermənistanın Kəlbəcərdə növbəti təxribat cəhdi ilə bağlı çağırış edib

Azərbaycanca, 22 сентября 2022 17:16 (UTC +04:00) 694
Ombudsman Ermənistanın Kəlbəcərdə növbəti təxribat cəhdi ilə bağlı çağırış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə növbəti təxribat cəhdinin pislənilməsinə dair çağırış edib.

Ombudsman Aparatından Day.Az-a verilən xəbərə görə, çağırışda deyilir ki, 22 sentyabr gecə saatlarında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, habelə diversiya qrupu tərəfindən həmin ərazilərdə dərə boşluqları minalanmaqla basqına cəhd göstərilib:

"Ermənistan tərəfinin bu cür təxribatlara yol verməməklə bağlı çağırışlara məhəl qoymaması sülh quruculuğu prosesinə və beynəlxalq hüququn tələblərinə laqeyd yanaşmanın növbəti göstəricisidir. Ombudsman olaraq, aidiyyəti beynəlxalq təşkilatları insan hüquqlarına ciddi təhdid yaradan bu kimi hallarla bağlı təsirli tədbirlər görməyə və Ermənistanın təxribatçı əməllərini qəti şəkildə qınamağa çağırıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости