https://news.day.az/azerinews/1569460.html Kişinyovda müzakirə ediləcək əsas mövzular hansılardır? - AÇIQLAMA Bu gün Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüş çox önəmlidir. Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. "Aydındır ki, görüşdə müzakirə ediləcək ən əsas mövzulardan biri sülh razılaşmasıdır.

Kişinyovda müzakirə ediləcək əsas mövzular hansılardır? - AÇIQLAMA

Azərbaycanca, 1 июня 2023 09:26 (UTC +04:00) 1 247
Kişinyovda müzakirə ediləcək əsas mövzular hansılardır?

Bu gün Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüş çox önəmlidir.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

"Aydındır ki, görüşdə müzakirə ediləcək ən əsas mövzulardan biri sülh razılaşmasıdır. Son bir neçə ayda ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirak etdikləri iki ölkə arasında birbaşa danışıqlarda sülh razılaşması yolunda addımların olması olduqca müsbət sürpriz oldu.

Mənim fikrimcə, bu gün Kişinyovda baş tutacaq görüşdə sülh müqaviləsinin imzalanması mümkün görünmür. Bu görüş hər iki millətin liderinə münasibətlərin normallaşması yolunda problemlərin həlli üçün kömək olacaq. Düşünürəm ki, sülh razılaşması neytral bir ölkədə olmalıdır. Lakin ümumilikdə iki ölkə arasında sülh imzalanması Cənubi Qafqaza sabitlik, iqtisadi inkişaf gətirəcək", - deyə Metyu Brayza əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости