Azərbaycanın prinsipal mövqeyinin NƏTİCƏSİ - Kəndlərin azad olunmasını şərtləndirən amillər

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılmasının təmin edilib.

Bu kəndlərin Azərbaycana qaytarılmasının təmin edilməsi Azərbaycanın növbəti uğuru və sülhün bərqərar olunması istiqamətində olduqca mühüm addımdır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan xalqı tarixi zəfərini yaşamağa davam edir.

"2020-ci ildən bu günə qədər torpaqlarımızın mütləq əksəriyyətini azad etmişdik, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilmişdi və 2023-cü ildə biz buna tam nail olduq. Amma eyni zamanda Azərbaycanın bir neçə kəndi işğal altında idi. Qarşıda duran birinci məsələ 4 kəndin azad olunması məsələsi idi. Azərbaycan bununla bağlı xeyli vaxt idi ki, Ermənistanla danışıqlar aparırdı. Ermənistan anladı ki, Azərbaycanla təzyiq dilində danışa bilməzlər və onlar mütləq bu torpaqları azad etməlidirlər", - deyə o əlavə edib.

Daha geniş videomüshibəni təqdim edirik: