Şəhidlərin ruhuna Məkkədə ehsan veriləcək

İyunun 20 - 21-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə şəhidlərimizin xatirəsi anılaraq onların ruhuna ehsanlar veriləcək.

Bu barədə Day.Az-а Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev məlumat verib.

Onun bildirdiyinə görə, iftar mərasiminə Məkkədə Həcc ziyarətində olan Azərbaycanın bütün zəvvar qruplarının nümayəndələrinin qatılması nəzərdə tutulub.

"Son illərdə Həcc ziyarəti zamanı şəhidlərin ruhuna iftar mərasimləri verilir. Bu artıq ənənə halını alıb. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini müqəddəs Həcc ziyarətində dərin hörmətlə anırıq" - QMİ rəsmisi bildirib.