Türkiyədə Ali Hərbi Şuranın iclası keçiriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Ali Hərbi Şura (YAŞ) toplanacaq.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-lər məlumat yayıb.

Qeyd edilib ki, iclasda vitse-prezident Cevdet Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşek, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler və digər yüksək rütbəli hərbiçilər iştirak edəcək.

İclasda polkovniklərin rütbəsi və səlahiyyət müddətinin uzadılması ilə yanaşı, generalların və admiralların da yüksəliş və təyinat dosyeləri müzakirə olunacaq.

Bildirilib ki, şuranın qərarlarının Ərdoğanın təsdiqindən sonra ictimaiyyətə açıqlanması gözlənilir.