İsveçrədə Novruz Bayramına həsr olunmuş geniş tədbir keçirilib - FOTO

Cari ilin 23 mart tarixində Bern şəhərinin Yehudi Menuhin Forum adlı məhşur konsert zalında Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin dəstəyi ilə "Azərbaycanın dostları" diaspora birliyi tərəfindən Novruz Bayramına həsr olunmuş geniş proqram təşkil edilmişdir.
Day.Az xəbər verir ki, programın konsert hissəsində muğam ifaçıları Mirələm Mirələmov, Rəvanə Qurbanova, tar ifaçısı Rövşən Qurbanov və kamança ifaçısı Toğrul Əsədullayevin ifasınfa milli musiqimizin inciləri səsləndirilmiş, "Ritm" rəqs qrupunun təgdimatında da xalg rəqsləri nümayiş etdirilmişdir. Konseetlə yanaşı
fotoqraf Andre Jabalinin təbiətin gözəlliyini tərənnüm edən sərginin açılışı olmüşdur.
Program Bernin tarixi meydanların birində Novruz Tongalının ətrafında həmvətənlərimizim və yerli sakinlərinin birgə rəgsləri ilə yequnlaşıb.
Konsert, sərgi və tongal ətrafında rəgslər isveçrə ictimayəti tərəfindən böyük maragla garşılanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре