Avropa zülmətə qərq oldu - "Simpsonlar"ın “28 fevral” proqnozu gerçəkləşdi? - FOTOLAR
.png)
Avropada baş verən genişmiqyaslı elektrik kəsintiləri sosial mediada böyük səs-küyə səbəb olub.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu hadisə, tez-tez "gələcəyi öncədən proqnozlaşdırması" ilə gündəmə gələn məşhur "The Simpsons" animasiya serialının bir bölümü ilə əlaqələndirilib.
"Simpsons" yenidən gündəmdə: 28 fevral 2025 xəbərdarlığı
2023-cü ildə yayımlanan seriyanın birində cizgi filminin obrazı Mr. Burnsun enerji ehtiyatlarının 28 fevral 2025-dən sonra tükənəcəyi barədə xəbərdarlığı yer almışdı. Məhz bundan iki ay sonra - 28 aprel 2025 tarixində Avropanı bürüyən elektrik kəsintiləri bu epizodu yenidən aktuallaşdırıb və konspirasiya nəzəriyyələrini alovlandırıb.
İspaniya və Portuqaliyada həyat iflic oldu
Elektrik kəsintiləri xüsusilə İspaniya və Portuqaliyada həyatın normal axarını tamamilə pozub. Madrid və Barselona kimi iri şəhərlərdə hava limanları və dəmiryolu nəqliyyatı fəaliyyətini dayandırıb, metrolar boşaldılıb, internet xidmətləri dayanıb, rabitə və nəqliyyat əlaqələri iflic vəziyyətinə düşüb, işıqforların işləməməsi nəticəsində yollarda uzun tıxaclar yaranıb. Elektrik enerjisinin bərpası üçün enerji şirkətləri səfərbər edilib, xüsusi böhran komitəsi yaradılıb.
Fransa və Belçika da zərər gördü
İspaniya ilə sərhəddə yerləşən Fransanın bəzi bölgələri, eləcə də Belçika və Andorrada yaşayan sakinlər də elektrik kəsintisindən təsirləndiklərini bildiriblər.
Tam bərpa bir həftə çəkə bilər
REN (Red Eléctrica de España) bildirib ki, vəziyyətin tam normallaşması bir həftə çəkə bilər. İspaniya rəsmiləri isə bu açıqlama ilə bağlı hələlik rəsmi mövqe bildirməyiblər.
"Springfieldın Son Günü" xatırlandı
Simpsonlar serialının "Springfield-ın Son Günü" adlı bölümündə oxşar bir ssenari göstərilmişdi. Bölümdə böyük bir elektrik kəsintisi nəticəsində maşınlar və mobil telefonlar işləməz hala gəlir, kənddə xaos yaşanır.
Bütün bu oxşarlıqlar fonunda, cəmiyyətin bir hissəsi baş verənləri "qəsd nəzəriyyəsi" kimi dəyərləndirir və yenidən "The Simpsons"un "gələcəyi öncədən proqnozlaşdırmaq bacarığı"nı müzakirəyə çıxarır.
Əlavə araşdırmalar aparılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре