Taxta konstruksiyalar alovun yayılmasını sürətləndirib - FHN rəsmisi
Yasamal rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.
Day.Az xəbər verir ki, bu fikirləri Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Arif Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, nazirliyin "112" qaynar xəttinə saat 11:27-də Yasamal rayonu Lev Tolstoy 2 küçəsində yerləşən ikimərtəbəli yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Dərhal hadisə yerinə nazirliyin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
Mənzil sahiblərindən biri xəsarət alıb. Bundan başqa, altı nəfər bina sakini təhlükəsizlik məqsədilə sökülmə zonası və yaxın ərazilərdən təxliyə olunub".
FHN rəsmisi bildirib ki, yanğının söndürülməsi zamanı müəyyən çətinliklər yaranıb.
"Biina və dam örtüyü əsasən taxta konstruksiyalardan, həmçinin qır, daş yunu və çardaq hissəsindən ibarət olduğuna görə alovun yayılması sürətlənib və söndürmə işləri mürəkkəbləşib.
Hazırda yanğın məhdudlaşdırılıb, alovun tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре