Diabet riski ilə əlaqəli qan qrupları müəyyənləşdirilib
Fransada aparılan araşdırma qan qrupları ilə 2-ci tip diabet arasında əlaqənin ola biləcəyini göstərib. Tədqiqatın nəticələrinə görə, ən yüksək risk B müsbət, ən aşağı risk isə 0 mənfi qan qrupunda qeydə alınıb.
Day.Az xəbər verir ki, 82 mindən çox insanın məlumatları əsasında aparılan təhlil zamanı A qan qrupunda diabet riskinin təxminən 10 faiz, B qan qrupunda isə 21 faiz daha yüksək olduğu müəyyən edilib. B müsbət qan qrupuna malik şəxslərdə xəstəliyin yaranma ehtimalının 0 mənfi qan qrupu ilə müqayisədə 35 faiz çox olduğu bildirilib.
Mütəxəssislər qan qrupunun orqanizmdə iltihab proseslərinə və şəkər mübadiləsinə təsir göstərə biləcəyini vurğulayırlar. Bununla yanaşı, sağlam qidalanma, fiziki aktivlik və mütəmadi tibbi müayinələrin diabet riskinin azaldılmasında mühüm rol oynadığı qeyd edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре