AQTA bu il fəaliyyəti məhdudlaşdırılan müəssisələrin sayını açıqlayıb
Bu ilin altı ayı ərzində aparılan yoxlamalar nəticəsində ciddi nöqsan aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb (nöqsanları aradan qaldıran 95-nin fəaliyyəti bərpa olunub).
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.
Onun sözlərinə görə, cari ilin 6 ayı ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib:
"Uyğunsuzluq aşkarlanan 1600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30.7 ton ət (o cümlədən 432 kq at əti) məhv edilib", - o, bildirib.
O həmçinin ümumtəhsil məktəblərində aparılan monitorinqlərin nəticələri barədə də məlumat təqdim edib:
"Ölkə üzrə 390 ümumtəhsil məktəbində monitorinq aparılıb, 263-də normativ tələblərin pozulduğu aşkar edilib. Yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar dərhal satışdan kənarlaşdırılıb. 2 məktəb bufetinin fəaliyyəti məhdudlaşdırılıb".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре