https://news.day.az/azerinews/1849470.html Bakıda bəzi ərazilər işıqsız qalacaq Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 22-də Bakı şəhərinin Yasamal rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bakıda bəzi ərazilər işıqsız qalacaq

Azərbaycanca, 22 июля 2026 09:21 (UTC +04:00) 239
Bakıda bəzi ərazilər işıqsız qalacaq

Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 22-də Bakı şəhərinin Yasamal rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Mehman Bünyadzadə, İzmir, Eldar Ağayev, Məhəmməd Xiyabani və Məhəmməd Xiyabani döngə 1, Əjdər Ağayev, Çuxursəd küçələrində, həmçinin 1-ci Alatava adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək.

Görülən işlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости