https://news.day.az/azerinews/1865742.html Uşaq dərsə getməzsə valideyn CƏRİMƏLƏNƏCƏK Azərbaycan Respublikasında uşaqların icbari ümumi orta təhsildən yayındırılması qanunla qadağandır.

Uşaq dərsə getməzsə valideyn CƏRİMƏLƏNƏCƏK

Azərbaycanca, 9 октября 2026 15:13 (UTC +04:00) 281
Uşaq dərsə getməzsə valideyn

Azərbaycan Respublikasında uşaqların icbari ümumi orta təhsildən yayındırılması qanunla qadağandır.

Övladını məktəbə göndərməyən və ya təhsildən yayındıran valideynlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə (yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrini yerinə yetirməməsi) əsasən məsuliyyətə cəlb olunurlar. Bu maddəyə görə, valideynlərin və ya digər qanuni nümayəndələrin uşaqların təlim və tərbiyəsi üzrə vəzifələrini icra etməməsi, bu əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda 60 manatdan 100 manatadək məbləğdə cərimə edilməsi ilə nəticələnir. Bundan əlavə, məcəllənin 181-ci maddəsinə əsasən, şəxsin təhsilin hər hansı pilləsindən və səviyyəsindən məhrum edilməsinə görə fiziki şəxslər üçün 100 manat məbləğində cərimə müəyyən edilmişdir.

Cərimə sanksiyaları ilə yanaşı, uşaqların hüquqlarının qorunması məqsədilə daha ciddi inzibati və hüquqi tədbirlər də həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51 və 64-cü maddələrinə, eləcə də "Uşaq hüquqları haqqında" Qanunun müddəalarına əsasən, valideynlər öz hüquqlarından sui-istifadə edərək uşağı təhsildən yayındırdıqda və onun inkişafına mane olduqda, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayəçilik orqanları, həmçinin Elm və Təhsil Nazirliyinin regional idarələri məsələyə müdaxilə edir. Uşağın təhsil hüququnun kobud şəkildə pozulması davam etdikdə, məhkəmə qaydasında valideynlik hüquqlarının məhdudlaşdırılması və ya valideynlik hüquqlarından məhrumetmə, habelə uşağın valideyndən alınaraq qəyyumluğa verilməsi kimi radikal hüquqi tədbirlər tətbiq oluna bilər. 

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости