https://news.day.az/azerinews/1851061.html 1300-dən çox işləyən şəxsin pensiyası artırılıb 1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. Day.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

1300-dən çox işləyən şəxsin pensiyası artırılıb

Azərbaycanca, 30 июля 2026 15:59 (UTC +04:00) 142
1300-dən çox işləyən şəxsin pensiyası artırılıb

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb.

Day.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə, bu iş dövrünün 6 ili tamam olduqda onun pensiyası yenidən hesablanaraq artırılır.

İşləyən pensiyaçıların pensiyalarının bu qaydada yenidən hesablanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin sonundan proaktiv mexanizm üzərindən avtomatik qaydada həyata keçirilir.

Qeyd olunan hesablanmanın proaktivləşdirildiyi dövrdən indiyədək yaşa görə pensiya alan 1300-dən çox işləyən pensiyaçının pensiyası 6 illik yenidən hesablanma ilə əlaqədar yenidən hesablanaraq artırılıb.

Müvafiq qaydada pensiyaları yenidən hesablanan şəxslərə bu barədə SMS bildirişləri ilə məlumat da göndərilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости