https://news.day.az/azerinews/1854786.html Bu rayonlarda işıq olmayacaq Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 19-da Ağdaş və Göyçayda bir sıra 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq. Bu barədə Day.Az-a "Azərişıq" ASC-dən bildirilib.

Bu rayonlarda işıq olmayacaq

Azərbaycanca, 19 августа 2026 09:32 (UTC +04:00) 119
Bu rayonlarda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 19-da Ağdaş və Göyçayda bir sıra 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Bu barədə Day.Az-a "Azərişıq" ASC-dən bildirilib.

Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 11:00-dan 14:00-dək Ağzıbir, Xınaxlı, Kotavan, Qaraoğlan və Pirəzə kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Həmçinin planlı fasilə saat 10:00-dan 13:00-dək Yuxarı Qəsil, Kükəl kəndlərini və Ləki dörd yol ərazisini əhatə edəcək.

Göyçay EŞ-yə daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости