Ağdaş, Ucar və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Ağdaş, Ucar və Göyçay rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Day.Az xəbər verir ki, "Azərişıq" ASC-dən verilən məlumata görə, elektrik enerjisinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də bir sıra 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
Bununla əlaqədar Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində saat 09:30-dan 13:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki və Qaradeyin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Ucar Elektrik Şəbəkəsinə daxil olan Alpı, Keçəkənd və Qulabənd kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Göyçayın Şəhadət və Qarabağlar kəndlərində isə planlı fasilə saat 10:00-dan 15:00-dək davam edəcək.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре