https://news.day.az/azerinews/1856886.html 24 kiloqramdan çox narkotik vasitə aşkar olunub Avqustun 29-da və 30-da ölkə ərazisində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

24 kiloqramdan çox narkotik vasitə aşkar olunub

Azərbaycanca, 31 августа 2026 12:12 (UTC +04:00) 231
24 kiloqramdan çox narkotik vasitə aşkar olunub

Avqustun 29-da və 30-da ölkə ərazisində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Day.Az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 46, dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılıb.

Narkotiklərlə əlaqəli 33 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 29-da və 30-da ümumi çəkisi 24,2 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan 2 avtomat silahı, 1 tapança və 4 tüfəng aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости