https://news.day.az/azerinews/1860115.html Dünyadakı təhdidlər fonunda türk dövlətlərinin birlikdə addımlar atması zərurudir - Burhanettin Duran Hazırda dünyada bir çox təhdidlər mövcuddur və bu konteksdə türk dövlətlərinin birlikdə addımlar atması zərurudir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbəri Burhanettin Duran "Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon" adlı panel iclası zamanı deyib.

Dünyadakı təhdidlər fonunda türk dövlətlərinin birlikdə addımlar atması zərurudir - Burhanettin Duran

Azərbaycanca, 15 сентября 2026 11:46 (UTC +04:00) 212
Dünyadakı təhdidlər fonunda türk dövlətlərinin birlikdə addımlar atması zərurudir

Hazırda dünyada bir çox təhdidlər mövcuddur və bu konteksdə türk dövlətlərinin birlikdə addımlar atması zərurudir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbəri Burhanettin Duran "Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon" adlı panel iclası zamanı deyib.

O qeyd edib ki, türk dünyasının gələcəyi bir-birimizə bağlı köklü keçmişimizdən və sabaha baxışımızdan asılıdır.

"Dezinformasiya və digər təhdid səpkili məsələlərlə mübarizə baxımından media və kommunikasiya sahəsində türk dövlətləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi mühimdir. Biz regional və beynəlxalq münaqişələrdə faydalı olmağa, o problemləri çözməyə çalışmaqda davam edəcəyik",- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon" adlı panel iclası keçirilir.

İclasda Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin və Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, hər iki ölkədən ekspertlər, media nümayəndələri iştirak edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости