Smartfon və planşet gözlərə necə təsir edir?
Smartfon, planşet və kompüter ekranlarından uzun müddət fasiləsiz istifadə gözlərdə quruluq, bulanıq görmə və narahatlıq yarada bilər.
Day.Az xəbər verir ki, həkim-oftalmoloq Dinara Muqudinovanın sözlərinə görə, ekran qarşısında göz qırpma tezliyi azalır və bu da göz yaşı təbəqəsinin daha tez qurumasına səbəb olur.
Mütəxəssis bildirir ki, normalda insan dəqiqədə təxminən 15-20 dəfə göz qırpırsa, ekran qarşısında bu göstərici 5-7 dəfəyə qədər düşə bilər. Nəticədə göz quruluğu və buynuz qişada qıcıqlanma yarana bilər.
Gözləri qorumaq üçün "20-20-20" qaydasına əməl etmək tövsiyə olunur: hər 20 dəqiqədən bir ekrandan uzaqlaşıb ən azı 20 saniyə ərzində təxminən 6 metr məsafədəki obyektə baxmaq lazımdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре