https://news.day.az/azerinews/1860921.html
Ermənistanda keçmiş baş nazirin qardaşı saxlanılıb
İrəvanda Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı Genrik Abramyan Anti-Korrupsiya Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb. Day.Az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, bu barədə cümə günü komitənin mətbuat xidməti məlumat yayıb.
Ermənistanda keçmiş baş nazirin qardaşı saxlanılıb
İrəvanda Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı Genrik Abramyan Anti-Korrupsiya Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Day.Az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, bu barədə cümə günü komitənin mətbuat xidməti məlumat yayıb.
"Vəzifəli şəxs tərəfindən səlahiyyətlərindən sui-istifadə edilməsi, bu əməlin törədilməsinə kömək göstərilməsi, xidməti saxtakarlıq və saxta sənəddən istifadə faktları üzrə aparılan icraat çərçivəsində Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı saxlanılıb", - deyə məlumatda bildirilib.
Ovik Abramyan 2014-2016-cı illərdə Ermənistanın Baş naziri vəzifəsini tutub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре