https://news.day.az/azerinews/1861718.html Burada fövqəladə vəziyyət elan edilib ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom El-Nino iqlim hadisəsinin təsiri altında rekord güclü fırtınaların regiona daxil olma təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. Day.Az xəbər verir ki, bu barədə ABŞ KİV-də məlumat yayılıb.

Burada fövqəladə vəziyyət elan edilib

Azərbaycanca, 22 сентября 2026 12:17 (UTC +04:00) 139
Burada fövqəladə vəziyyət elan edilib

ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom El-Nino iqlim hadisəsinin təsiri altında rekord güclü fırtınaların regiona daxil olma təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib.

Day.Az xəbər verir ki, bu barədə ABŞ KİV-də məlumat yayılıb.

"Yaxınlaşan El-Nino ilə əlaqəli fırtınalar mövsümünün rekord dərəcədə güclü olacağı proqnozlaşdırıldığından qubernator Nyusom bu gün fövqəladə vəziyyət elan edib. Bu tədbir mümkün qış fırtınaları və digər nəticələr başlamazdan əvvəl ştatın resurslarını səfərbər etməyə imkan verir", - qubernatorun saytında dərc olunan bəyanatda deyilir.

Nyusomun ofisi bu qərarı amerikalı meteoroloqların qiymətləndirmələri ilə əsaslandırıb. Həmin qiymətləndirmələrə görə, güclü El-Nino hadisəsinin baş vermə ehtimalı 90 faizdən çox, hadisənin tarixi miqyaslara çatması ehtimalı isə 75 faizdir.

Əlverişsiz hava şəraiti ilə əlaqədar ştatın hakimiyyət orqanları daşqınlarla mübarizə üçün ehtiyatlar yaradacaq, yolları və infrastrukturu hazırlayacaq, Milli Qvardiya isə xilasetmə əməliyyatlarına hazır vəziyyətə gətiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости