https://news.day.az/azerinews/1861721.html Sabah 34 dərəcə isti olacaq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanca, 22 сентября 2026 12:31 (UTC +04:00) 140
Sabah 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости