https://news.day.az/azerinews/1862231.html Həmin uşaq 34 ildən sonra Xocalıya qayıdıb - FOTO - VİDEO Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra Xocalıya qayıdıb.

Həmin uşaq 34 ildən sonra Xocalıya qayıdıb - FOTO - VİDEO

Azərbaycanca, 24 сентября 2026 11:17 (UTC +04:00) 174
Həmin uşaq 34 ildən sonra Xocalıya qayıdıb

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra Xocalıya qayıdıb.

Day.Az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, o, ailəsi ilə birlikdə Xocalı rayonunun Təzəbinə kəndində mənzillə təmin olunub.

Doqquz yaşında doğma yurdunu tərk etmək məcburiyyətində qalan Ləfxanım indi ailəsi, övladları və nəvəsi ilə geri qayıdıb. O, doğma torpağında yenidən yaşamağın sevincini bölüşüb:

"Şükürlər olsun. Böyük sevinc və qürur hissi keçirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı axan bu torpaqlarda biz mütləq yaşamalıyıq ki, onların ruhu şad olsun".

Qeyd edək ki, Ləfxanım Mahmudova 1992-ci ildə doqquz yaşında Xocalı soyqırımının şahidi olub. Ailəsi ilə birlikdə erməni əsirliyinə düşüb, ağır işgəncələrə məruz qalıb və yaxınlarını itirib.

Əsl adı Ləfxanım olan, soyuqdan ayaqlarını don vurmuş uşağa Ağdam xəstəxanasında onu müalicə edən həkim Nərgiz adını verib. İctimaiyyətin Ləfxanım kimi tanıdığı Nərgiz Mahmudova artıq doğma yurdunda yeni həyata başlayır.

  • Həmin uşaq 34 ildən sonra Xocalıya qayıdıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости