https://news.day.az/azerinews/1863014.html Slovakiya Anım Günü münasibətilə Azərbaycanla həmrəyliyini ifadə edib - FOTO Slovakiya sentyabrın 27-də qeyd olunan Anım Günü münasibətilə Azərbaycanla həmrəyliyini ifadə edib. Bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımovun "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Slovakiya Anım Günü münasibətilə Azərbaycanla həmrəyliyini ifadə edib - FOTO

Azərbaycanca, 27 сентября 2026 13:12 (UTC +04:00) 223
Slovakiya Anım Günü münasibətilə Azərbaycanla həmrəyliyini ifadə edib

Slovakiya sentyabrın 27-də qeyd olunan Anım Günü münasibətilə Azərbaycanla həmrəyliyini ifadə edib.

Bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımovun "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Bu gün Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən hər kəsin xatirəsini ehtiramla yad edirik. Slovakiya onların fədakarlığına dərin hörmətini və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, sentyabrın 27-si Azərbaycanda 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını itirmiş Azərbaycan əsgər və zabitlərinin xatirəsinə dərin ehtiram əlaməti olaraq hər il Anım Günü kimi qeyd edilir.

  • Slovakiya Anım Günü münasibətilə Azərbaycanla həmrəyliyini ifadə edib
  • Slovakiya Anım Günü münasibətilə Azərbaycanla həmrəyliyini ifadə edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости