Ürəyi qoruyan 5 vacib qayda
Ürək-damar sağlamlığının qorunmasında düzgün qidalanma mühüm rol oynayır.
Day.Az xəbər verir ki, səhiyyə Nazirliyinin kardioloqu Ruqiyyə Qasımovanın sözlərinə görə, həddindən artıq duz və şəkər, yağlı və qızardılmış qidalar ürək üçün risk yarada bilər. Tərəvəz, meyvə, paxlalılar, tam taxıllar, balıq və qoz-fındıqla zəngin qidalanma isə ürək sağlamlığını dəstəkləyir.
Mütəxəssis gündəlik rasionda liflə zəngin qidalara üstünlük verməyi, duz və şəkər qəbulunu azaltmağı, emal olunmuş ət məhsullarından uzaq durmağı tövsiyə edir. Yeməklərin çox yağda qızardılması əvəzinə daha sağlam üsullarla hazırlanması, kifayət qədər su içilməsi və qəbul edilən kalorinin orqanizmin ehtiyacına uyğun olması da vacibdir.
Kardioloqun sözlərinə görə, gec saatlarda ağır yeməkdən çəkinmək, yaş artdıqca porsiyaları azaltmaq və qidaların keyfiyyətinə daha çox diqqət yetirmək lazımdır. Yaşlı insanlara gün ərzində daha kiçik porsiyalarla, müəyyən edilmiş vaxtlarda qidalanmaq və kifayət qədər maye qəbul etmək tövsiyə olunur.
Day.Az xəbər verir ki,
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре