Aktrisa: "Ələsgəri mən öldürmüşdüm" - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Axar.az xəbər verir ki, əməkdar artist Hüsniyyə Mürvətova "Qırmızı qar" filmində tərəf-müqabili olduğu mərhum aktyor Ələsgər Məmmədoğlu ilə bağlı xatirələrini bölüşüb:
"Biz Ələsgər Məmmədoğlu ilə 1998-ci ildə çəkilən "Qırmızı qar" filmində tərəf-müqabili olmuşuq. O, həmin filmdə erməni rolunda çəkilmişdi. Orada məni tuturlar, tövləyə salırlar, sonda mən onu öldürürəm.
Ələsgər müəllim həmin filmdə mənfi rolu canlandırmışdı. Ancaq özü o qədər gözəl insan, gözəl aktyor idi ki... O, mənim xatirəmdə sadə, səmimi bir insan kimi qalıb. Pərdəarxası bizim səmimi söhbətlərimiz olurdu. Həmin filmə çəkiləndə çox gənc idim, baş rolu oynayırdım. Mənə bəzi məsləhətlər verirdi ki, belə etsən, daha yaxşı olar.
Onun Azərbaycan üçün bənzərsiz, maraqlı siması vardı. Ələsgər müəllim gözəl xarakter, obrazlar yarada bilərdi, onun da rol aldığı maraqlı filmlər çəkilə bilərdi. Bildiyiniz kimi, ona "Azərbaycanın Çelentanosu" deyirdilər. Düşünürəm ki, rejissorlar ondan az istifadə etdi. Kiçik obrazlarla da yaddaşlara həkk olundu. Çünki onun siması o qədər maraqlı idi ki, bircə baxıb gülməyi ilə tamaşaçının yadında qalırdı.
Ələsgər Məmmədoğlu mənim yaddaşımda gözəl aktyor, səmimi insan kimi qalıb, daim də qalacaq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре