Day.Az представляет новость на азербайджанском языке

Binəqədi rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar "QHT-lər arasında atıcılıq çempionatı" keçirilmişdir.

Day.Az Trend-ə istinadən bildirir ki, Bakı Stend Atıcılığı üzrə İdman Kompleksində təşkil olunan çempionatda QHT-lərin DaAzəri Yurdu gənclərin İctimai Birliyi, Bakı Gənclər Klubu, Sağlam Düşüncə gənclər İctimai Birliyi, İstedadlı Əlillər İctimai Birliyi, Konstitusiya Araşdırmalar Fondu, Qarabağ müharibəsi veteranları, Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri, Azərbaycan Tələbələr Birliyinin nümayəndələri və rayon ictimaiyyəti iştirak etmişdir. Başlanğıc, yarımfinal, final olmaqla 3 mərhələ üzrə keçirilən yarışıda I yeri Veteranlar, II yeri YAP Binəqədi rayon Gəncləri, III yeri isə İstedadlı Əlillər İctimai Birliyi komandası qazanmışdır.

Çempionatın qaliblərinin mükafatlandırılması mərasimində Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev iştirak etmişdir.

Həmin gün Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin iştirakı ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda gənclərlə görüş keçirilmişdir.

Çay süfrəsi ətrafında təşkil olunan tədbirdə mart 2016-cı il tarixində ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi Tanıyaq" layihəsində iştirak edən Binəqədi məktəbliləri, onların valideynləri və müəllimləri, eləcə də, fəal gənclər iştirak etmişdir.

Tədbir başlamazdan öncə iştirakçılar Ulu öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Daha sonra "Ölkəmizi Tanıyaq" layihəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verilərək, məktəblilərin tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına baş tutan səfəri barədə video-çarx təqdim olundu.

Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və millət vəkili Azay Quliyev Ümummilli liderimiz Heydər Əliyevin öz siyasətində daima gənclərə qayğı göstərməsindən, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verməsindən və onun respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz bəhs etdilər.

Daha sonra "Ölkəmizi Tanıyaq" layihəsi iştirakçıları olan Binəqədi məktəblilərinin birliyini simvolizə edən tort kəsildi.

Tədbirdə iştirak edən məktəblilər, onların valideynləri və müəllimləri layihə barəsində öz təəsüratlarını bölüşərək, müasir Azərbaycan gəncliyinə yaradılan bu imkanlara görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

"Ölkəmizi Tanıyaq" layihəsi iştirakçıları olan Binəqədi məktəblilərinin ifasında şer nümunələri təqdim olunduqdan sonra, onlara "Ölkəmizi Tanıyaq" tur-aksiyası çərçivəsində Naxçıvan MR-da Binəqədi rayonunu layiqli təmsil etdiklərinə görə sertifikatlar təqdim olundu.

Tədbirin sonunda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və millət vəkili Azay Quliyevin iştirakı ilə xatirə fotosu çəkildi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.