https://news.day.az/azerinews/857402.html Belarus 80 ölkə ilə vizasız rejimə keçdi

Belarus 80 ölkə ilə vizasız rejimə keçdi

Azərbaycanca, 9 января 2017 19:39 (UTC +04:00) 1 204
Belarus 80 ölkə ilə vizasız rejimə keçdi

Day.Az представляет новость на азербайджанском языке

Belarus prezidenti Aleksandr Lukaşenko "Xarici vətəndaşların ölkəyə girişinin vizasız rejiminin yaradılması" barədə fərman imzalayıb.

Day.Az bildirir ki, Trend bu barədə "Belta" agentliyinə istinadən məlumat verir.

Fərmanda qeyd olunur ki, 80 ölkənin vətəndaşları beş gün müddətinə Belarusa vizasız daxil ola bilərlər. Bu fərman Avropanın 39 ölkəsinə, eləcə də Braziliya, İndoneziya, ABŞ, Yaponiya və digər ölkələrə şamil olunur.

Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu addım xarici biznesmenlərin və turistlərin ölkəyə səfərlərinin artırılması məqsədilə atılıb.

Fərman dərc olunduğu gündən bir ay sonra qüvvəyə minir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости