Yeni elastik yapışdırıcı ilə yaranı 60 saniyə ərzində bağlamaq mümkündür
Day.Az представляет новость на азербайджанском языке
Tikişə ehtiyac olmadan yaranı bağlayan yüksək elastik və yapışdırıcı xüsusiyyətlərə malik yapışqan cərrahi əməliyyata ehtiyacı tamamilə aradan qaldıra bilər.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Science Translational Medicine" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Sidney Universitetinin və Bostonun Şimal-şərq Universitetinin biosəhiyyə mühəndisləri bir əqiqə ərzində yaraları bağlamağa qadir olan "MeTro" adlı yapışqan hazırlayıblar.
Bu yapışqanın yüksək elastikliyi insan bədəninin müxtəlif hissələrində, o cümlədən ciyər, ürək və arteriyal damarlarda olan genişlənən və daralan yaraların hermetikləşməsi üçün onu əvəzedilməz edir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре