https://news.day.az/azerinews/940146.html Ağır xəstə olan azərbaycanlı müğənninin evindən oğurluq etdilər Day.Az представляет новость на азербайджанском языке Tanınmış sənətçi, uzun illər "Lalə" qızlar ansambılının keçmiş solisti olan, müğənni Elmira Əliyevanın evindən oğurluq ediblər. Xəstə yatağında olan müğənni baş verən hadisəni Milli.Az-a danışıb:

Ağır xəstə olan azərbaycanlı müğənninin evindən oğurluq etdilər

Azərbaycanca, 11 октября 2017 11:43 (UTC +04:00) 1 195
Ağır xəstə olan azərbaycanlı müğənninin evindən oğurluq etdilər

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış sənətçi, uzun illər "Lalə" qızlar ansambılının keçmiş solisti olan, müğənni Elmira Əliyevanın evindən oğurluq ediblər. Xəstə yatağında olan müğənni baş verən hadisəni Milli.Az-a danışıb:

"Uzun illərdir ki, çarəsizlik və ehtiyac içində bir otaqlı evimdə iki oğlumla birlikdə yaşayıram. Borc-xərc edib evimi təmir etdirmək qərarına gəldim. Təmirə görə günü 10 manatdan 1 ay qonşuda kirayə qaldıq. Təmirdən sonra evə qayıdanda gördüm ki, bütün geyimlərimi, evimdə olan anamdan qalmış antik samovarı və bir neçə bahalı əşyanı oğurlayıblar. Bütün isti geyimlərimi, paltolarımı aparıblar, xəstəxanaya getməyə belə geyimim yoxdur.

Polisə müraciət etsəm də şikayətimə hələ də müsbət cavab verilməyib. Mənə iki minə qədər ziyan dəyib. Mənim 79, böyük oğlumun 50, kiçik oğlumun isə 38 yaşı var. Ehtiyac üzündən övladlarımı da evləndirməmişəm. Heç birimiz işləmirik, 150 manat aldığım əmək haqqı ilə dolanırıq. O da iynə-dərmana xərclənir. Ac-susuz qalmışıq, yeməyə çörək də tapmırıq. 50 il sənətdə can qoymuşam. İndi də 3 xəstəliyi birdən tapmışam. Ürəyim ağrıyır, ciyərlərimə su yığılıb, gözümün biri də kor olub".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости