Dövlət qulluğunda çalışmaq istəyənlərin nəzərinə

Day.Az представляет новость на азербайджанском языке

Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahan mərhələsi noyabrda keçiriləcək.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov məlumat verib.

Onun sözlərinə görə, test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlərə sertifikatlar veriləcək: "Bu ildən Azərbaycanda dövlət qulluqçularının sertifikatlaşdırılması tətbiq ediləcək. Dövlət qulluğuna qəbul olmaq istəyənlər test imtahanları verib, müvafiq sertifikatlar alacaqlar. Bu yenilikdir, ilk dəfə Azərbaycanda tətbiq olunacaq. Uğur qazan şəxslər həmin sertifikatlara uyğun olaraq vakant dövlət qulluğu vəzifələrinə elan edilən müsahibələrdə iştirak edə biləcəklər".
 
Bir çox dövlət qulluğu vəzifəsinin vakant olduğunu deyən B. Xəlilov qeyd edib ki, test imtahan mərhələsində açıq tipli testlərdən istifadə olunacaq: "Eyni zamanda, balların hesablanması qaydası dəyişib. Keçid balları vəzifədən asılı olaraq müəyyənləşdirilib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.