https://news.day.az/azerinews/943986.html Əsəbi qadınların daha çox qızı olur Day.Az представляет новость на азербайджанском языке Oğlan anası olmaq istəyən qadınların əsəbləri normada olmalıdır. İngiltərənin Oksford Universitetinin alimlərinin dediklərinə görə, onların apardıqları araşdırmanın nəticələri belədir.

Əsəbi qadınların daha çox qızı olur

Azərbaycanca, 24 октября 2017 00:01 (UTC +04:00) 845
Əsəbi qadınların daha çox qızı olur

Day.Az представляет новость на азербайджанском языке

Oğlan anası olmaq istəyən qadınların əsəbləri normada olmalıdır. İngiltərənin Oksford Universitetinin alimlərinin dediklərinə görə, onların apardıqları araşdırmanın nəticələri belədir.

Day.Az musavat.com-a istinadən bildirir ki, ingilis alimlər ana olmaq istəyən 300 qadını müşahidə ediblər. Məlum olub ki, döllənmə zamanı xroniki stress vəziyyətində olan qadınların qız anası olmaq şansları daha çoxdur. Eksperimentə cəlb edilmiş qadınların orqanizmlərində böyrəküstü vəzin ifraz etdiyi və xroniki stressin göstəricisi olan kartizol ilə beta-amilaz fermenti kimi hormonların göstəriciləri ölçülüb.

Beta-amilazanın artması insan orqanizmində adrenalinin çoxalmasına dəlalət edir ki, bu da emosional durumlarda baş verir. Eksperiment əsnasında qadınlar 58 oğlan və 78 qızı dünyaya gətiriblər. Orqanizmlərində kortizolun səviyyəsi yüksək olan qadınlarda qızlar daha çox doğulub. Ümumiyyətlə, belə qadınların qız anası olma şansları 75 faiz çoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости