https://news.day.az/azerinews/944622.html 71 min dolları Azərbaycandan çıxarmaqda şübhəli bilinən şəxslər tutuldu - DTX əməliyyatı Day.Az представляет новость на азербайджанском языке Xarici valyutanı Azərbaycandan qaçaqmalçıIıq yolu ilə daşıyan şəxslər saxlanılıb.

71 min dolları Azərbaycandan çıxarmaqda şübhəli bilinən şəxslər tutuldu - DTX əməliyyatı

Azərbaycanca, 25 октября 2017 19:00 (UTC +04:00) 1 372
71 min dolları Azərbaycandan çıxarmaqda şübhəli bilinən şəxslər tutuldu - DTX əməliyyatı

Day.Az представляет новость на азербайджанском языке

Xarici valyutanı Azərbaycandan qaçaqmalçıIıq yolu ilə daşıyan şəxslər saxlanılıb.

Day.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qanunsuz valyuta mübadiləsi əsasında toplanılmış külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçıIıq yolu ilə daşınmasında şübhəli bilinən Masallı rayon sakinləri - Babayev Azər Akif oğlu, Qafarlı Mehman Məhərrəm oğlu və Məmmədov Nofəl Müştəba oğlu saxlanılıblar.

Keçirilmiş baxışlar nəticəsində onlardan 71 500 ABŞ dolları, 6500 rubl və 4361 manat məbləğində pul əsginasları protokollaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülüb.

 

Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости