Saxta "WhatsApp" əlavəsini yükləyən istifadəçilərin sayı bir milyonu ötüb
Day.Az представляет новость на азербайджанском языке
"Google" şirkəti məsələyə reaksiya verənədək bir milyondan çox "Android" istifadəçisi "Google Play" mağazasından "WhatsApp" messencerinin saxta surətini yükləyib. "WhatsApp" loqotipinə malik əlavə "Update WhatsApp Messenger" adlanır. Tərtibatçı adı rəsmi adla eyni olduğuna görə, əksər istifadəçilər bunu servis yenilənməsi kimi qəbul edib. Bunun üçün fırıldaqçılar "Unicode" standartında boşluqdan istifadə ediblər.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məlumata görə, saxta əlavə yalnız digər proqram və servislərin reklam yeniləmələrini göstərir. Proqram təminatı bir milyondan çox istifadəçi tərəfindən yükləndikdən və "Reddit" saytında onun saxta olması barədə məlumatlar dərc edildikdən sonra "Google" şirkəti proqramı "Google Play" mağazasından silərək tərtibatçını bloklayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре