https://news.day.az/azerinews/950820.html Ermənistan parlamenti qarşısında polislərlə tələbələr arasında qarşıdurma Day.Az представляет новость на азербайджанском языке Ermənistan parlamentinin binası qarşısında polis əməkdaşları ilə tələbələr arasında qarşıdurma yaranıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, tələbələr hərbi xidmətdən möhlətin ləğvi ilə bağlı qanun layihəsinə etiraz edirlər.

Ermənistan parlamenti qarşısında polislərlə tələbələr arasında qarşıdurma

Azərbaycanca, 15 ноября 2017 13:48 (UTC +04:00) 1 087
Ermənistan parlamenti qarşısında polislərlə tələbələr arasında qarşıdurma

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan parlamentinin binası qarşısında polis əməkdaşları ilə tələbələr arasında qarşıdurma yaranıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tələbələr hərbi xidmətdən möhlətin ləğvi ilə bağlı qanun layihəsinə etiraz edirlər.

Gənclər əvvəlcə Dəmirçiyan küçəsini Milli Yığıncaq tərəfdən bağlayıb, sonra parlamentin girişinə doğru hərəkət edərək Baqramyan prospektinin bu hissəsini bağlayıblar.

Prospektdə nəzarəti gücləndirən polis tələbələrə dağılışmaq üçün 5 dəqiqə vaxt versə də, qarşıdurma yaranıb.

Qeyd edək ki, Milli Yığıncaq hərbi xidmətdən möhlət verilməsi ilə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости