https://news.day.az/azerinews_politics/1308549.html “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib

Siyasət, 19 января 2021 16:23 (UTC +04:00) 685
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki,  Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 95-ci və 124-cü maddələri aşağıdakı redaksiyada verilir:

"95. Gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılmasına dair normativ hüquqi aktlarla tənzimlənir.";

"124. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara vəzifə maaşının 6 (altı) misli məbləğində birdəfəlik müavinət verilir və bu məbləğdən vergi tutulmur.".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости