"Dini ayinlər zamanı yığılan vəsaitlərin hesabatını aparmaq lazımdır"
Day.Az представляет новость на азербайджанском языке
Dini ayinlər zamanı yığılan vəsaitlərin hesabatını aparmaq lazımdır.
Trend-in məlumatına görə, belə bir təkliflə Milli Məclisin plenar iclasında millət vəkili Zahid Oruc çıxış edib.
Z.Oruc qeyd edib ki, dünyada terrorizmlə fəal mübarizə gedir və terrorizmin maliyyələşdirilməsi özü bir cinayətdir: "Düşünürəm ki, bütün ziyarətgahlarda toplanan ianələrin hesabatı aparılmalıdır. Nə qədər vəsair yığılır, nə qədər xərclənir, məlum deyil. Deyilənlərə görə, təkcə Nardaranda dini ayinlər zamanı bir milyon manata yaxın pul yığılıb. Göründüyü kimi, bu vəsait qəsəbənin inkişafına deyil, terrorizmin maliyyələşdirilməsinə və silah alınmasına sərf edilir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре