https://news.day.az/azerinews/1137023.html Rusiyada azərbaycanlı vitse-admirala büst qoyulacaq - FOTO

Rusiyada azərbaycanlı vitse-admirala büst qoyulacaq - FOTO

Azərbaycanca, 11 июля 2019 14:54 (UTC +04:00) 1 316
Rusiyada azərbaycanlı vitse-admirala büst qoyulacaq

Rusiyanın Baltiysk şəhərində azərbaycanlı vitse-admiral Həmid Qasımbəyovun büstünün qoyulması planlaşdırılır.

Day.Az oxu.az-a istinadla xəbər verir ki, bu məsələ Baltiysk şəhər dairəsi administrasiyasının rəhbəri Sergey Melnikovun bölgədəki Azərbaycan diasporunun rəhbəri Tofiq Rzayevlə görüşündə müzakirə edilib.

Büst 9 May - Qələbə Gününün 75-ci ildönümü ilə əlaqədar Çexov küçəsində quraşdırılacaq.

Qeyd edək ki, Həmid Həbib oğlu Qasımbəyov 1923-cü il mayın 3-də Naxçıvanda anadan olub.

O, Böyük Vətən müharibəsi veteranıdır. Baltiysk şəhərinin bərpası və inkişafına böyük töhfə verib.

Müxtəlif illərdə I dərəcəli Vətən müharibəsi ordeni, "Qırmızı Ulduz" ordenləri daxil olmaqla, 30-dan çox medalla təltif edilib.

H.Qasımbəyov 2005-ci il aprelin 22-də Bakıda vəfat edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости